Kliçko Bakıya gələcək

Kliçko Bakıya gələcək
  17 Fevral 2017    Oxunub:2738
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Kiyev şəhərinin meri Vitali Kliçko ilə görüşüb.
Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açan Vitali Kliçko Kiyev şəhərinin sosial - iqtisadi göstəriciləri haqqda ətraflı məlumat verib. Rəsmi Kiyevin Azərbaycanla iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini diqqətə çatdıran şəhər meri, son illər Azərbaycanlı iş adamlarının Ukraynada müxtəlif iqtisadi layihələrdə iştirak etdiyini bildirib. Bu baxımdan “SOCAR Energy Ukraine” şirkətinin nümunəvi fəaliyyət göstərdiyini qeyd edib.



Şəhər meri son illər Azərbaycanın müxtəlif regionlarında inşa olunmuş olimpia idman mərkəzlərindən xüsusəndə Bakı şəhərində həyata keçirilən qlobal sosial-iqtisadi layihələrdən xəbərdar olduğunu diqqətə çatdıraraq bu istiqamətdə Kiyev şəhərində nəzərdə tutulmuş yol və digər infrastruktur layihələrinin yenidən qurulmasına təcrübəli Azərbaycan şirkətlərinin cəlb olunmasının vacibliyini vurğulayıb. V. Kliçko ölkəmizdə aparılan işlərlə yaxından tanış olmaq üçün Bakıya səfər etmək arzusunda olduğunu bildirib.



Səmimi qəbula görə Kiyev şəhərinin merinə minnətdarlığını bildirən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev son illər ölkəmizdə həyata keçirilən qlobal sosial-iqtisadi layihələrin beynəlxalq əhəmiyyətindən söz açıb. Bu gün Azərbaycanın dünyanın ən möhtəşəm mədəniyyət və idman oyunlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb. Səfir Ukraynanın bir sıra yol, körpü və digər infrastruktur tikinti layihələrində Azərbaycanın təcrübəli şirkətlərinin yaxından iştirak etdiyini diqqətə çatdırıb. Bu şirkətlərin gələcəkdə Kiyev şəhərinin müfaviq infrastruktur lyihələrində iştirak etməsinin müsbət nəticə verəcəyinə əmin olduğunu bildirib.



Görüş zamanı Bakı şəhəri ilə Kiyev arasında dostluq əlaqələrinin dahada inkişaf etdirilməsi ,qarşılıqlı mədəni tədbirlərin təşkil olunması məsələləri haqqda geniş fikir mübadiləsi aparılıb .Səfir Azər Xudiyev məşhur idmançını Azərbaycanla yaxından tanış olmaq istıyini nəzərə alaraq,onu may ayında ölkəmizə rəsmi səfərə dəvət edib. Görüşdə həmçinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevdə iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti