`Rusiya əsas təhlükədir` - Pentaqon rəhbəri

`Rusiya əsas təhlükədir` - Pentaqon rəhbəri
  16 Fevral 2017    Oxunub:1685
Pentaqon rəhbəri Ceyms Mettis rusiyalı həmkarı Sergey Şoyqunun bəyanatına cavab verməkdən imtina edib.
AzVision.az TASS-a istinadən xəbər veir ki, Mettis bildirib: “Mən Rusiyanın bəyanatlarına cavab verməyə əsas görmürəm. Mən yalnız onu deyə bilərəm ki, NATO bizim həyat tərzimizi və prinsiplərimizi qorumağa hazır olan alyansdır”.

O, qeyd edib ki, Rusiyanın "təcavüzkar" hərəkətləri və terrorizm NATO üçün əsas təhlükədir: “ABŞ hələlik Rusiya ilə hərbi sahədə deyil, yalnız siyasi sahədə əməkdaşlıq etməyə hazırdır”.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiyanın Müdafiə Nazirliyi Pentaqonla əməkdaşlığı bərpa etməyə hazırdır: `Lakin bizimlə güc yolu ilə dialoq qurmaq cəhdləri perspektivsizdir`.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti