Tramp Yaponiyanı ABŞ-ın `böyük müttəfiqi` adlandırdı

Tramp Yaponiyanı ABŞ-ın `böyük müttəfiqi` adlandırdı
  12 Fevral 2017    Oxunub:1872
ABŞ Yaponiyaya kömək göstərməkdə davam edəcək, bu ölkə gözəl müttəfiqdir.

AzVision.az AzərTAc-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Floridadakı “Mar-a-Logo” elit istirahət mərkəzində Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşdən sonra mətbuat qarşısında çıxışında deyib.

ABŞ prezidenti bildirib: “İstəyirəm hamı başa düşsün və dəqiq bilsin ki, Birləşmiş Ştatlar Yaponiyaya kömək etməkdə davam edəcək, bu ölkə 100 faiz böyük müttəfiqdir”.

Jurnalistlərin Şimali Koreya tərəfindən raket buraxılşı barədə suallarına baxmayaraq, D.Tramp əlavə heç bir bəyanat verməyib.

Xatırladaq ki, Şimali Koreya fevralın 12-də səhər Yapon dənizi istiqamətinə ballistik raket buraxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti