Hava dəyişkən buludlu olacaq

Hava dəyişkən buludlu olacaq
  23 Avqust 2013    Oxunub:1478
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 19-24°, gündüz 29-34° isti olacaq. Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 26-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 10-14°, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 17-21°, gündüz 29-34° isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 15-20, gündüz 26-31° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 19-24°, gündüz 31-36° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-22°, gündüz 28-33° isti, dağlarda gecə 15-20°, gündüz 21-26° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Avqustun 23-dən 25-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada yaranan durğunluq fonunda rütubətliyin normadan çox olması bürkü hissi yarada bilər.


Teqlər:  





Xəbər lenti