Əvvəlcə qaz pulu yığanı, sonra isə özünü öldürdü

Əvvəlcə qaz pulu yığanı, sonra isə özünü öldürdü
  23 Avqust 2013    Oxunub:1145
Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib
İmişli Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Nəriman Nərimanov küçəsi, 171 ünvanında qeydə alınıb.

Rayon sakini, 1944-cü il təvəllüdlü Davud İslam oğlu Abbasov aralarında yaranan münaqişə nəticəsində rayon ərazisində qaz pulu yığan 1962-ci il təvəllüdlü Mübariz Xosrov oğlu Fərəcovu tüfəngdən atəş açaraq qətlə yetirib.

Daha sonra D. Abbasov tüfənglə özünü də vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (apa)


Teqlər:





Xəbər lenti