Gömrükdə siqaret əməliyyatı

Gömrükdə siqaret əməliyyatı
  01 Fevral 2017    Oxunub:1358
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana yük avtomobilində qaçaqmalçılıq yolu ilə tütün məmulatının gətiriləcəyi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin məlumat əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana yüksüz vəziyyətdə gələn və Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "MAZ" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb.

Yoxlama nəticəsində, avtomobilin müxtəlif hissələrində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə, gömrük nəzarətindən gizlədilmiş cəmi 8000 ədəd "Manchester" adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti