Türkiyədə Tereza Meyə FETÖ tələbi qoyuldu

Türkiyədə Tereza Meyə FETÖ tələbi qoyuldu
  29 Yanvar 2017    Oxunub:1987
Bu gün Böyük Britaniyanın baş naziri Tereza Mey Türkiyəyə rəsmi səfər edib.

AzVision.az "Anadolu"ya istinadən xəbər verir ki, Tereza Mey Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

O, daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub.

Tereza Mey səfər çərçivəsində Türkiyənin baş naziri Binəli Yıldırımla da görüş keçirib. Görüş təxminən bir saat davam edib. Görüşdən sonra baş nazirlər mətbuata bəyanatla çıxış ediblər.

B.Yıldırım ötən il Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin əsas təşkilatçısı olan FETÖ təşkilatının İngiltərədə də fəaliyyətinə dair məlumatların olduğunu deyib. Bildirib ki, bununla bağlı xanım Meylə fikir mübadiləsi aparılıb, bu cinayətkar təşkilatın qollarının fəaliyyətinin qarşısının alınması üçün hüquq çərçivəsində addımların atılmasının vacibliyi müzakirə olunub. Türkiyə tərəfi Tereza Meydən FETÖ ilə bağlı lazımi tədbirlər görülməsini tələb edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti