`Star Wars`ın holoqram texnologiyası yaradılır - FOTO

`Star Wars`ın holoqram texnologiyası yaradılır - FOTO
  26 Yanvar 2017    Oxunub:2376
Avstraliya Milli Universitetinin bir qrup alimi insanlar arasında rabitə anlayışını tamamilə dəyişə biləcək sensasion kəşfə imza atıb.
AzVision.az-ın məlumatına görə onlar hər biri saç telindən 500 qat daha incə olan milyonlarla silikon sütunu birləşdirərək işığı üç ölçülü formada yansıda bilən nano-maddə hazırlayıb.

Mütəxəssislər yeni icadın kamera və proyeksiya texnologiyalarında yeni cığır açacağını bildirir. Bununla da “Star Wars” filmlərində holoqramlı xəbərləşmə texnologiyasının günlük həyatda tətbiq olunması üçün heç bir maneə qalmadığı deyilir.

Yeni maddənin sonsuz imkanlara yola açacağını bildirən Sergey Kurk kəşfin ağıllı telefonlarda kameranın ölçülərinin azaldılmasından tutmuş, peyklərdəki kompleks optik sistemlərin ağırlığının azaldıması qədər bir çox fərqli sahələrdə istifadə oluna bilcəyini vurğulayıb.

Araşdırmaların nəticələri “Optica” jurnalında çap olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti