Baş nazir Trampa qədəh, xanımına mürəbbə hədiyyə edəcək

Baş nazir Trampa qədəh, xanımına mürəbbə hədiyyə edəcək
  26 Yanvar 2017    Oxunub:2318
Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampla görüşü zamanı ona şotland qədəhi, xanımı Melaniya Trampa isə alma şirəsi, gavalı mürəbbəsi və quşüzümlü peçenye hədiyyə edəcək.
AzVision.az-ın məlumatına görə, bunu Baş nazirin dəftərxanasının rəsmisi deyib.

Qeyd olunub ki, qədəh anası əslən Şotlandiyadan olan Trampı sevindirməlidir. Belə ki, bundan öncə prezident şotland əsilli olması ilə fəxr etdiyini bəyan etmişdi:

“Lakin Tramp alkoqollu içki qəbul etmir. Hazırda belə kuboklar içki üçün nadir hallarda istifadə olunur. Bu hədiyyə xeyirxahlıq və yaxınlıq rəmzidir. Kubokun tutacaqları inamı ifadə edir” - deyə nazirin dəftərxanasının rəsmisi qeyd edib.

Xatırladaq ki, rəsmilərin görüşü sabah Ağ Evdə baş tutacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti