`Azərbaycan Ukrayna üçün üçüncü yol aça bilər`

`Azərbaycan Ukrayna üçün üçüncü yol aça bilər`
  22 Avqust 2013    Oxunub:1587
Ukraynanın məşhur xəbər portalında Azərbaycana həsr olunmuş məqalə dərc olunub
Ukraynanın geniş oxucu kütləsinə malik xəbər portalı olan "Obozrevatel" Azərbaycanın Ukrayna üçün alternativ inkişaf istiqaməti ola biləcəyi barədə yazıb. Bu barədə Trend-ə çərşənbə günü Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda deyilir ki, "Obozrevatel" xəbər portalında 20 avqust tarixində "Azərbaycan Ukrayna üçün üçüncü yol aça bilər" başlıqlı məqalə dərc olunub. Jurnalist Sergey Kolyadanın müəllifi olduğu məqalədə keçmiş Sovet İttifaqı ölkələrindən fərqli olaraq Azərbaycanın bütün istiqamətlərdə uğurlu xarici siyasət yürütdüyü, bütün tərəflərlə balanslaşdırılmış münasibət saxladığı nümunə kimi göstərilib. Müəllif məqaləsində sürətlə inkişaf edən iqtisadiyyata malik olan Azərbaycanın son iqtisadi uğurlarına yer verib, Azərbaycan tərəfindən regionda həyata keçirilən enerji layihələrinə, xarici ölkələrdə yatırdığı böyük sərmayələrə də toxunub. Yazıda dünyanın Avropa, ABŞ, Rusiya kimi böyük qüvvələrinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqları qeyd edilib, Rusiya Federasiyasının Prezidenti Validimir Putinin Azərbaycana son rəsmi səfəri Rusiyanın ölkəmizə verdiyi önəmin göstərici kimi vurğulanır.
Müəllif Azərbaycanın inkişaf uğurlarının Heydər Əliyev siyasətinin və bu siyasəti bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin nailiyyətləri olduğunu da xüsusi qeyd edib. O, İlham Əliyevin ölkədə seçicilər arasında böyük nüfuza malik olduğunu, qarşıdan gələn prezident seçkilərində onun qələbə qazanacağına əminliyini vurğulayıb.
S.Kolyada hazırda Avropa İttifaqı və Rusiya arasında mürəkkəb şəraitdə siyasət yürütməyə məcbur qalan Ukraynanın üçüncü inkişaf yolu kimi Azərbaycanla yaxınlaşmasının faydalı olacağını qeyd edib, vaxtı ilə Heydər Əliyev, Leonid Kuçma və Eduard Şevardnadze tərəfindən əsası qoyulmuş GUAM təşkilatının imkanlarından istifadə edilməsinin mümkünlüyünü vurğulayıb.(trend)


Teqlər:





Xəbər lenti