Avropa Birliyinin komissarı Azərbaycana gəlir

Avropa Birliyinin komissarı Azərbaycana gəlir
  21 Yanvar 2017    Oxunub:1678
Davos Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR rəhbərliyi ilə Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı Günter Ötinger və onun ofisin rəhbəri cənab Mixael Hager arasında görüş keçirilib.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə Cənub Qaz Dəhlizinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və s. mövzular ətrafında aparılıb.

G.Ötinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti