Türkiyə parlamenti yeni konstitusiyaya `hə` dedi

Türkiyə parlamenti yeni konstitusiyaya `hə` dedi
  21 Yanvar 2017    Oxunub:1704
Türkiyə Böyük Millət Məclisi (TBMM) Konstitusiyaya prezident idarə üsulu ilə bağlı dəyişiklikləri qəbul edib.
AzVision.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermədə 488 deputat iştirak edib. Onlardan 339-u qanun layihəsinin lehinə, 142-si əleyhinə səs verib. Bununla da qanun layihəsi referenduma çıxarılacaq.

Qeyd edək ki, Türkiyədə referendumun 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti