Prezident Davosda Norveçin XİN rəhbəri ilə görüşüb

Prezident Davosda Norveçin XİN rəhbəri ilə görüşüb
  17 Yanvar 2017    Oxunub:1555
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi. Norveçin bir sıra şirkətləri, xüsusilə Statoil şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az




Teqlər:  





Xəbər lenti