`Prezident Davosda 25-dən çox görüş keçirəcək` - PA rəsmisi

`Prezident Davosda 25-dən çox görüş keçirəcək` - PA rəsmisi
  17 Yanvar 2017    Oxunub:1783
"Dünya İqtisadi Forumu Davosda 49-cu toplantısına başladı. Prezident İlham Əliyev ilk gündən görüşlər keçirir və tədbirlərdə iştirak edir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Facebook səhifəsində yazıb.

PA rəsmisinin sözlərinə görə, dövlət başçısı Davos forumu çərçivəsində 25-dən artıq görüş keçirəcək: “Dünya İqtisadi Forumunun əsas qonaqlarından biri Çin Xalq Respublikasının sədridir. Qərb liderlərinin az iştirakı fonunda bu diqqəti daha çox cəlb edir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti