Qırğızıstanda matəm elan olundu

Qırğızıstanda matəm elan olundu
  16 Yanvar 2017    Oxunub:2961
Yanvarın 17-si Qırğızıstanda matəm günü elan olunub.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Almazbek Atambayevin bu gün baş verən təyyarə qəzası ilə bağlı imzaladığı sərəncamda bildirilir.

Atambayev, həmçinin “Boeing-747” təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələri və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “ACT” Hava Yolları yükdaşıma şirkətinə məxsus təyyarənin Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 37 nəfər çatıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti