`Gülənlə Ərdoğanın tapşırığı ilə görüşmüşəm` - Davudoğlu
“2013-cü ildə BMT-nin Baş Assambleyasına gedərkən Rəcəb Tayyib Ərdoğanla Gülənin Türkiyəyə gətirilərək bizim nəzarətimiz altında olması qənaetinə gəlmişdik. Baş nazirin göstərişinə əsasən 2013-cü ilin sentyabr ayında Gülənlə görüşdüm. Bu görüş mənim şəxsi mənafeyimə bağlı deyildi”,-deyə Davudoğlu bildirib.
Ə.Davudoğlu, həmçinin 2015-ci ilin noyabrın 24-də Rusiya təyyarəsini vuran pilotun FETÖ üzvü olmadığını qeyd edib.
“Baş qərargah rəisi ilə görüşdə pilotun keçmişinin və əlaqələrinin araşdırıldığı, onun təşkilatla əlaqəsinə dair heç bir fakta rast gəlinmədiyi bildirilib”.
Aytən Zəhra
AzVision.az