Klinton Nyu-Yorkun meri olmaq istəyir

Klinton Nyu-Yorkun meri olmaq istəyir
  07 Yanvar 2017    Oxunub:3003
ABŞ-da prezidentliyə sabiq namizəd Hillari Klinton Nyu-York şəhərinin meri vəzifəsinə seçilmək imkanlarını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə “New York Daily News” qəzeti yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Klinton ABŞ-ın ən böyük şəhərinin başçısı yeri uğrunda mübarizədə iştirak etmək imkanlarını istisna etməyib. Bildirilir ki, şəhərin indiki meri Bill de Blazionun səlahiyyət müddəti bu ilin sonunda bitəcək.

Qeyd edək ki, Nyu-York merinin seçkiləri noyabrın 7-də baş tutacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti