İzmirdə terror: 2 ölü, 11 yaralı (Təfərrüat + Video)

İzmirdə terror: 2 ölü, 11 yaralı (Təfərrüat + Video)
  05 Yanvar 2017    Oxunub:14956
İzmirdə baş verən terror aktı nəticəsində 1 polis və 1 məhkəmə işçisi həyatını itirib.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, biri ağır olmaqla 11 nəfər mülki vətəndaş yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatlarına gəlincə, errorçuların olduğu iki avtomobil məhkəmə binasının qarşısındakı dayanacağa daxil olmağa istəsə də polis buna icazə verməyib. Nəticədə terrorçular avtomobillərdən birini partladıb. Daha sonra tərəflər arasında atışma başlayıb.

Partlayışdan dərhal sonra həyata keçirilən əməliyyat nəticəsində partlayışı törədən terrorçulardan ikisi məhv edilib. Bir terrorçunun yaxalanması üçün əməliyyatlar davam etdirilir. Hazırda hadisə yerində geniş miqyaslı əməliyyat aparılır.

***

İzmirdə baş verən partlayış yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən dayanacaqda törədilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış bomba yüklənmiş avtomobil vasitəsi ilə törədilib. Bundan sonra atışma başlayıb. Hücumu həyata keçirən terrorçunun silahını gitara çantasında gətirdiyi bildirilir.

Hadisədən dərhal sonra həyata keçirilən əməliyyat nəticəsində partlayışı törədən terrorçulardan ikisi məhv edilib. Bir terrorçunun yaxalanması üçün əməliyyatlar davam etdirilir. Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım maşınları göndərilib.

***

(17:24)

Türkiyədə növbəti dəfə partlayış olub.

AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə İzmir məhkəməsinin binası qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib.

"Doğan" agentliyinin veridiyi məlumata görə, partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb. Agentlik bunun terror aktı olduğunu iddia edir.



Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti