`Reina`da ölən azərbaycanlı qız Rusiya vətəndaşı olub
“İstanbuldakı dəhşətli terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk”.
N. Həsənovanın əslən azərbaycanlı olduğu bildirilir.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var. (APA)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


