Gürcüstanda benzin və siqaretin qiyməti qalxıb

Gürcüstanda benzin və siqaretin qiyməti qalxıb
  01 Yanvar 2017    Oxunub:3387
Bu gündən Gürcüstanda neft məhsulları üçün aksiz dərəcəsi artırılıb.
AzVision.az xəbər verir ki, 1 ton benzin üçün aksiz vergisinin dərəcəsi 250 laridən 500 lariyə, 1 ton dizel üçün isə 150 laridən 400 lariyə qədər artıb.

Aksizin qaldırılması qiymətlərə təsir göstərib. Faktiki olaraq bu aksiz vergisi birbaşa məhsulun maya dəyərinə daxildir. Yanacaqda 25 tetra (17 qəpik) bahalaşma olub. Qeyd olunub ki, aksizin artırılması neft məhsullarının idxalının həcminə təsir göstərməyəcək.

Bundan başqa siqaret, avtomobilin idxalı vı kazino biznesi üçün aksiz vergiləri də artırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti