Kemeron NATO-nun baş katibi ola bilər

Kemeron NATO-nun baş katibi ola bilər
  29 Dekabr 2016    Oxunub:1677
Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron NATO baş katibi vəzifəsinə mümkün namizədlərdən biri hesab olunur.
AzVision.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə “Daily Mail” qəzeti yazıb. Qeyd olunub ki, Böyük Britaniyanın baş naziri Tereza Mey bu vəzifəyə Kemeronun namizədliyini irəli sürərsə, onun uğur qazanacağı gözlənilir.

Mənbələr NATO baş katibi postuna məhz britaniyalının təyin edilməsinin bu ölkə üçün çox əhəmiyyətli olduğu söyləyir. Bundan başqa D.Kemeronun da bu məsələni nəzərdən keçirməyə hazır olduğu bildirilib.

Qeyd edəki ki, hazırda NATO-nun baş katibi Yens Stoltenberqdir. Onun 2018 və ya 2019-cu ildə vəzifə müddəti başa çatacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti