Oğrular ələ keçdi

Oğrular ələ keçdi
  17 Avqust 2013    Oxunub:2028
Bərdə oğurluq edən şəxslər yaxalanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də Rəşad Abdullayevə məxsus mağazadan 1 ədəd noutbuk, kompüter hissələri, spirtli və sərinləşdirici içkilər oğurlayan rayon sakinləri Aqşin Mollaeyyublu, Allahverdi Əliyev və Elgiz Sərvəri saxlanılıblar.

A. Mollaeyyublunun və E. Sərvərinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların martın 30-da Rauf Nəcəfova məxsus “Ovçu” mağazasından 2 ədəd pnevmatik tüfəng, 21 ədəd bıçaq, 1 ədəd binokl və digər əşyalar oğurladıqları da müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti