Erməni qarıları zorlayan erməni imiş

Erməni qarıları zorlayan erməni imiş
  17 Avqust 2013    Oxunub:1203
İstanbulun ermənilər yaşayan məhəlləsində yaşlı qadınlara təcavüz edilməsi faktı ilə bağlı qaldırılmış cinayət işinin araşdırılması nəticəsində məlum olub ki, cinayət hadisələrini həmin məhəllənin sakini Murad Nazaryan törədib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, 2012-ci ildən başlayaraq törədilən cinayət hadisələri erməni mətbuatı tərəfindən ictimaiyyətə qeyri-obyektiv çatdırılıb və göstərilib ki, guya Türkiyədə yaşayan ermənilər təzyiqlərə məruz qalırlar. Lakin İstanbul Polis Təşkilatı əsl həqiqəti ortalığa çıxardıqdan sonra Ermənistanda nəşr olunan qəzetlər bu cinayətləri törədənin erməni olmasını nədənsə qeyd etməyiblər.

Nazaryan həbs olunduqdan sonra törətdiyi əməlləri etiraf edib.


Teqlər:





Xəbər lenti