Baş Prokurorluq Abşerondakı qətllə bağlı açıqlama yaydı

Baş Prokurorluq Abşerondakı qətllə bağlı açıqlama yaydı
  16 Avqust 2013    Oxunub:1508
Respublikanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin isti izlərlə açılması təmin edilib.
Belə ki, xəbər verildiyi kimi, avqustun 14-də saat 13 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Elmira Dadaşovanın yaşadığı Ə.Vahid küçəsi, 33 saylı evdə kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlərlə meyiti aşkar edilmişdi. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, cinayətin açılması üçün təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Rayonun hüquq mühafizə orqanlarının birgə gördükləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bu ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Abşeron rayonu, Hökməli qəsəbə sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğlu saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edərək cinayətin aləti olan bıçağı istintaqa təqdim olunub.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti