HDP Türkiyə parlamentindən imtina etdi

HDP Türkiyə parlamentindən imtina etdi
  06 Noyabr 2016    Oxunub:2484
Xalqların Demokratik Partiyası (HDP) Türkiyə Böyük Millət Məclisində (TBMM) fəaliyyətini dayandırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP bu barədə qərar qəbul edib.

“Parlamentdə fəaliyyətlətimizi dayandırmaq qərarına gəldik. Xalqımızla birlikdə olacağıq” -deyə HDP sözçüsü Ayhan Bilgən açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyədə Xalqların Demokratik Partiyasından olan deputatlara qarşı əməliyyatlar davam edir. Məhkəmənin qərarı HDP-nin həmsədri Səlahəddin Dəmirtaş, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Figən Yüksəkdağ daxil olmaqla bir neçə vəkili həbs olunub. Onlar PKK-ya silah və maliyyə yardımı göstərilməkdə ittiham edilirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti