Səddam Hüseynin nəvəsi Türkiyədə ağır qəzaya düşdü

Səddam Hüseynin nəvəsi Türkiyədə ağır qəzaya düşdü
  04 Noyabr 2016    Oxunub:2686
İraqın edam olunan lideri Səddam Hüseynin nəvəsi Məsud Uday Səddam Hüseyn Türkiyədə qəzaya düşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muğlada baş verib. Motosikletlə sürətlə hərəkət edən Uday idarəetməni itirərək yolun kənarındakı arakəsməyə çırpılıb.

Nəticədə Məsudun çiyni sınıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda həyatı təhlükəsi yoxdur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti