İkinci tur: `Gürcü arzusu` 50 yerdən 48-də qalib gəldi

İkinci tur: `Gürcü arzusu` 50 yerdən 48-də qalib gəldi
  31 Oktyabr 2016    Oxunub:1797
Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turunda “Gürcü Arzusu” partiyası 50 birmandatlı dairədən 48-də qalib gəlib.

AzVision.az TASS- istinadən xəbər verir ki, yerdə qalan iki dairəyə gəldikdə isə Mtaçmində dairəsində müstəqil namizəd Salom Zurabişvili, Xaşur dairəsində isə Sənaye partiyasının namizədi qalib gəlib.

Partiya sistemi ilə səsvermənin nəticələrinə əsasən “Gürcü Arzusu” parlamentdə 44, Milli Birlik Hərəkatı 27, Gürcü Patriotları Alyansı isə 6 deputatı olacaq.

Qeyd edək ki, bazar günü Gürcüstan parlamentinə keçirilən seçkilərin ikinci turu başa çatıb. Məlumata əsasən siyahıya alınan 2 milyon 478 min 42 nəfər seçicinin 929 min 265 nəfəri və yaxud da 37,7 faizi səsvermədə iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti