Havanın temperaturu yüksələcək

Havanın temperaturu yüksələcək
  13 Avqust 2013    Oxunub:1382
Avqustun 15-dən Azərbaycanda havanın temperaturu yenidən yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu həftənin ikinci yarısında temperaturun yüksəlməsi müşahidə ediləcək.

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün birinci yarısında havanın qısa müddətə tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti