Ermənistanda uşaqların 72 faizi acdır - UNISEF

Ermənistanda uşaqların 72 faizi acdır - UNISEF
  10 Oktyabr 2016    Oxunub:23475
Ermənistanda uşaqların 72 faizi pis şəraitdə böyüyür.
AzVision.az xəbər verir ki, bu barədə məlumat UNISEF-in Ermənistan Statistika Xidməti ilə birlikdə apardığı araşdırmada yer alıb.

BMT-nin proqnozlarına görə isə yaxın gələcəkdə Ermənistan əhalisi 1,7-1,8 milyon nəfərə qədər azalacaq. BMT-nin Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayretpetyan bildirib ki, hazırda bu ölkənin əhalisi son 10 ildə sürətlə azalıb. Bunun əsas səbəbləri doğum sayının aşağı düşməsi, miqrasiya və əhalinin qocalmasıdır. İş qabiliyyətli əhalinin təqaüdçülərə nisbəti də təhlükəli həddədir.

Ölkədə miqrasiyanın mənfi saldosu ilin 9 ayı ərazində 25 mini keçib. Əhalinin xaricə axınının qarşısını almaq üçün 150 milyard dram vəsait lazımdır: “Əks təqdirdə miqrasiya ölkədə ən ciddi problem olaraq qalacaq və daha ciddi fəsadlarla nəticələnəcək”-deyə məlumatda qeyd olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti