Qasırğa nəticəsində 877 nəfər ölüb

Qasırğa nəticəsində 877 nəfər ölüb
  08 Oktyabr 2016    Oxunub:1484
Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 877 nəfərə çatıb.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, son məlumata əsasən ölənlərin sayının 842 nəfər olduğu açıqlanıb.

Xatırladaq ki, “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida, Cənubi Karolinada və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti