`Hədəfləri raketlə vurduq` - Sergey Şoyqu
O, əlavə edib ki, hava-kosmik qüvvələri əməliyyat zamanı yaraqlıların cəmləşdiyi yerlər üzrə və onların infrastrukturuna zərbələr endirib, Suriya vətəndaşlarına humanitar yüklərin daşınmasını həyata keçirməkdə yardım etməklə yanaşı digər mühüm vəzifələri həyata keçirib:
“Strateji aviasiya təyyarələri ilk dəfə olaraq 4,5 min kilometr məsafədən raketlə hədəfləri vurub. Xəzər dənizi və Aralıq dəniz akvatoriyalarından suüstü gəmilər və sualtı qayıqlar vasitəsilə böyük məsafədə yerləşən ərazilərə atəş açmağın praktiki təcrübəsi mənimsənilib”.
O, əlavə edib ki, yerli müasir silahlar mürəkkəb şəraitdə yoxlamadan keçib və ümumilikdə öz etibarlılığını və effektivliyini göstərib.
İlkin Nəcəfzadə
AzVision.az