`MDB-də yeni təhdidlər meydana gəlib` – Mədət Quliyev

`MDB-də yeni təhdidlər meydana gəlib` – Mədət Quliyev
  28 Sentyabr 2016    Oxunub:1681
“Son görüşdən bu yana MDB ölkələrində operativ vəziyyətin xarakterinə təsir edəcək hadisələr baş verib, çağırış və təhdidlərin yeni elementləri meydana çıxıb”.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev Bakıda keçirilən MDB ölkələrinin xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin 41-ci iclasında çıxışı zamanı bildirib.

“Onların həlli üçün birgə müzakirələr və ümumi yanaşmanın işlənməsi tələb olunur. Bugünkü iclasın mövzusu MDB məkanında təhlükəsizliyin təminatı sahəsində böyük miqyasda problemlərlə bağlıdır. Bura terrorçuluq və dini ekstremizm, transregional mütəşəkkil cinayətkarlıqla mübarizə daxildir. Ümid edirəm ki, gündəlikdə olan məsələlər forum iştirakçılarına tərəfdaşlıqda onlar üçün daha çox vacib olan məsələləri söyləməyə və əlaqələrin gələcək inkişafını müəyyənləşdirməyə şərait yaradacaq. Qarşılıqlı fəaliyyət sahəsində təcrübəmiz göstərir ki, yalnız birgə səy və koordinasiyalı fəaliyyət, müasir çağırış və təhdidlərə qarşı mübarizədə fikir və informasiya mübadiləsi aparmaqla ölkələrimizin təhlükəsizliyi və stabilliyinin təminatı sahəsində effektiv nəticəyə nail olmaq mümkündür”, - deyə Mədət Quliyev bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti