Ərdoğanla Peresin 7 il əvvəlki davası - `One minute` (VİDEO)

Ərdoğanla Peresin 7 il əvvəlki davası - `One minute` (VİDEO)
  28 Sentyabr 2016    Oxunub:6163
Xəbər verdiyimiz kimi, bu gün İsrailin sabiq prezidenti Şimon Peres 93 yaşında dünyasını dəyişib. Eks-prezident Tel-Əvivdəki xəstəxanalardan birində vəfat edib.
Onun Davusda Türkiyənin hazırki prezidenti Rəcəb Tayyin Ərdoğanla söz davası yenidən gündəmə gəlib. Türkiyə xalqı Şimon Peresi Ərdoğanın illər öncə çıxışı zamanı səsləndirdiyi “one minute” ifadəsi ilə xatırlayır. Belə ki, 2009-cu ildə İsveçrənin Davos səhərində təşkil edilən Dünya İqtisadi Formunda Şimon Pereslə hələ o zamanTürkiyənin baş naziri vəzifəsini icra edən Ərdoğan arasında gərginlik yaşanıb.

Forum zamanı Şimon Peresin işlətdiyi “Qəzza və Yaxın Şərqdə sülh” sözlərinə Ərdoğan sərt münasibət göstərib, ingilis dilində “one minute” deyərək çıxış üçün vaxt istəyib.

Ərdoğan əsəbi şəkildə Peresin ünvanına sərt sözlər söyləyib: “Siz öldürməyi çox yaxşı bilirsiniz. Çimərliklərdəki uşaqları necə öldürə bildiniz? Necə vurduğunuzu mən çox yaxşı biliəm”.

Ərdoğanla mərhum Peresin 7 ildə öncəki mühabisəsini təqdim edirik:



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti