`Metsamor` AES bağlanmalıdır - Türkiyəli nazir

`Metsamor` AES bağlanmalıdır - Türkiyəli nazir
  27 Sentyabr 2016    Oxunub:1523
“Metsamor” Atom Elektrik Stansiyası (AES) qonşu dövlətlər üçün təhlükəlidir.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Vyanda keçirilən Beynəlxalq Atom Enerjisi Komitəsinin iclasında deyib.

Türkiyəli nazir vurğulayıb ki, “Metsamor” Atom Elektrik Stansiyası bağlanmalıdır.

““Metsamor” bağlanılmalıdır. Çernobil qəzasından sonra bölgəmiz və dünya digər nüvə qəzasına yol verə bilməz”-deyə B.Albayrak söyləyib.

İclasda nazir atom təhlükəsinin beynəlxalq sərhədləri keçdiyini və buna qarşı bütün dövlətlərin qarşılıqlı hərəkət etməsinin lazım olduğunu bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti