Məmmədyarov ermənini udub, birinci oldu

  26 Sentyabr 2016    Oxunub : 10300
Məmmədyarov ermənini udub, birinci oldu
Rusiyada məşhur qrossmeyster Mail Talyanın şərəfinə şahmat üzrə ənənəvi blits-turnir keçirilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov qali gəlib.

Məmmədyarov erməni, Levon Aronyan, ruslar Yan Nepomnyanşey, Vladimir Kramnik, Yevgeni Tomaşovski, çinli Li Çao və yəhudi Boris Qelfandı məğıub edərək 9 mümkün xaldan 7,5-ni yığa bilib.

Turnirdə ikinci pilləni Aronyan (5,5), üçüncü pilləni isə Nepomnyanşey tutub.

Bu gün isə şahmat üzrə əsas yarışlar başlayacaq. İlk turda Şəhriyar çinli Li Çao ilə görüşəcək. Oktyabrın 6-ı başa çatacaq turnirin uduş fondu 200 min dollardır.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: