Prezident Atambayev hələ də xəstəxanadadır

Prezident Atambayev hələ də xəstəxanadadır
  21 Sentyabr 2016    Oxunub:2790
Qırğızıstan prezidenti Almazbek Atambayevin vəziyyəti normaldır, lakin o, hələ də Türkiyədədir.
AzVision.az “RİA novosti”yə istinadən xəbər verir ki, bi barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Prezidentin vəziyyəti normaldır”, - deyə mətbuat xidmətindən bildirilib. Əlavə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsindən sonra tibbi müayinələrdən keçmək üçün məzuniyyət götürüb.

Xatırladaq ki, sentyabrın 19-u Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi məlum olub.

"Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib", - deyə sayta yerləşdirilən məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: "Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti