Prezident təyyarə ilə xəstəxanaya aparıldı - VİDEO

Prezident təyyarə ilə xəstəxanaya aparıldı - VİDEO
  20 Sentyabr 2016    Oxunub:2922
Qırğızıstan prezidenti Almazbek Atambayev Türkiyədə xəstəxanaya aparılarkən görüntülənib.
AzVision.az xəbər verir ki, Atatürk hava limanında vəziyyəti pisləşən Atambayev aeroportun otelində 4 saat dincəldikdən sonra həkim müayinəsindən keçib.

Dünən gecə oteldən çıxarılan Atambayev özəl təyyarə ilə Ege bölgəsinə aparılıb. Prezidentin müalicəsini Türkiyədə davam etdirəcəyi bildirilir.

Qeyd edək ki, bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev səhhətinin pisləşməsindən sonra tibbi müayinələrdən keçmək üçün məzuniyyət götürüb.

“Prezident Almazbek Atambayev tibbi müayinələrin keçirilməsi məqsədilə qısamüddətli məzuniyyət götürüb”, - deyə Qırğızıstan Prezident Administrasiyasının yaydığı məlumatda bildirilir. Məlumata əsasən prezidentin məzuniyyəti oktyabrın birinə qədər davam edəcək.

Xatırladaq ki, ötən gün Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcəyi məlum olub.

"Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib", - deyə sayta yerləşdirilən məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: "Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub".


kirqiztan от Elvin Abdulqedirov на Rutube.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti