Paytaxtda yaşayış binası yandı

Paytaxtda yaşayış binası yandı
  09 Avqust 2013    Oxunub:1275
Mənzildə baş vermiş yanğın zamanı üç sakin təxliyə edilib.
Paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsindəki yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan dördotaqlı mənzildə yanğın baş ver.

Hadisə nəticəsində mənzildəki əşyalar yanmışdır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını alıb, mənzilin qalan hissəsini yanğından mühafizə edilib. Yanğın zamanı orada yaşayan üç nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Saatlı rayonunun Əbil kəndində isə ümumi sahəsi 18 kvadratmetr olan köməkçi tikilinin dam örtüyü və içərisindəki əşyalar yanıb.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb, yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını almaq mümkün olub.

Hadisələrlə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti