Qırğızıstan prezidentinin ürəyində problem yaranıb

Qırğızıstan prezidentinin ürəyində problem yaranıb
  20 Sentyabr 2016    Oxunub:1906
Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranan problem səbəbindən BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 71-ci sessiyasında iştirak etməyəcək.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezidentin saytı məlumat yayıb.

"Bişkekdən Nyu-Yorka gedən yolda, Qırğız Respublikası nümayəndə heyətinin yerdəyişmə etməyi planlaşdırdığı Atatürk hava limanında, prezident Almazbek Atambayev özünü pis hiss edib, bununla əlaqədar o ilkin tibbi müayinədən keçirilib", - deyə sayta yerləşdirilən məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, həkimlər müayinədən sonra sinəsində ağrıların olmasından şikayətlənən Atambayevin təcili dərin tibbi müayinədən keçməli olması barədə qərar qəbul ediblər: "Həkimlərin ilkin qərarına görə, dövlət başçısında ürək problemi ilə bağlı əlamətlər aşkar olunub".

AzVision.az


Teqlər:  





Xəbər lenti