Sabahdan hava sabitləşəcək

Sabahdan hava sabitləşəcək
  09 Avqust 2013    Oxunub:1132
Azərbaycanda hava şəraiti nisbətən sabitləşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə , sabah Azərbaycan ərazisində hava şəraiti nisbətən sabitləşəcək, günün ikinci yarısından sonra yağış kəsəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 10-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 10-da şimşək çaxacaq, əsasən səhər və gecə saatlarında qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə, dağlıq ərazilərdə gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq.

Xatırladaq ki, avqustun 8-dən başlayaraq Azərbaycanda havanın temperaturu yenidən düşüb, bəzi rayonlarda intensiv yağış yağır.


Teqlər:





Xəbər lenti