Bu gün də yağış gözlənilir

  09 Avqust 2013    Oxunub : 1085
Bu gün də yağış gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 18-23°, gündüz 25-30° isti olacaq. Bakıda gecə 20-22°, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx çimərliyində, Sahildə 25-26° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23°, gündüz 28-33° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Temperaturun gecə 7-12°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Temperaturun gecə 15-20°, gündüz 24-29° isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaq.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 17-22°, gündüz 27-32° isti olacaq. Masallı-Lənkəran-Astara-LerikYardımlı rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 19-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Teqlər: