Keçmiş prezident təşviqat kampaniyasında ağır qəza keçirdi

Keçmiş prezident təşviqat kampaniyasında ağır qəza keçirdi
  29 Mart 2024    Oxunub:669
Cənubi Afrika Respublikasının (CAR) keçmiş prezidenti Ceykob Zuma parlament seçkiləri ərəfəsində təşviqat kampaniyası üçün səfər zamanı yol qəzası keçirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Hazırda 81 yaşı olan keçmiş CAR liderinin ağır qəzada sağ qaldığı qeyd edilir. Onun xəsarət alıb-almaması hələlik məlum deyil. Qəza KvaZulu-Natal yolunda baş verib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti