Daha bir erməni hərbi cani həbs oluna bilər - VİDEO

Daha bir erməni hərbi cani həbs oluna bilər   - VİDEO
  29 Mart 2024    Oxunub:1101
Qarabağ döyüşlərinin aktiv iştirakçılarından olmuş hərbi cani, polkovnik Volodya Avetisyan həbs oluna bilər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Daha bir Qarabağ qatili həbs oluna bilər - Polkovnik Calavyan istintaqa cəlb edilir
"Mamul" nəşri yazır ki, bir neçə medal almış Ermənistan ordusunun keçmiş polkovnikin evində axtarışlar aparılıb. Bununla bağlı Avetisyan özünün Facebook səhifəsində video paylaşıb.

Keçmiş döyüşçü evində axtarışlar aparılmasını siyasi təqiblə əlaqələndirib: “Səhər tezdən evimizə axtarışa gəldilər, heç bir silah-sursat tapmadılar. Əməliyyatçılar telefonlarımızı və kompüterimizi götürdülər. Bizə dedilər ki, guya götürdüklərini sonra qaytaracaqlar".

Hərbi cani iddia edib ki, baş nazri Nikol Paşinyan polkovnikin və onun kimi bütün "vətənpərvərlərin", torpaqları qorumaq istəyənlərin izinə düşüb.

Xatırladaq ki, Volodya bir neçə il öncə həbs edilmişdi. O, İkinci Qarabağ müharibəsi zamanı da separatçılara qoşularaq hərbi cinayətlər törədib. Avetisyan Ermənistanın "Leonid Azqaldyan adına könüllü dəstəsi"nə rəhbərlik edib.

Hazırda o siyasətlə məşğul olur və revanşist fəaiyyəti ilə seçilir.

Bir neçə gün öncə erməni komandir, keçmiş qondarma rejimin "qəhrəmanı" adı almış, polkovnik Karen Calavyanın (Kex) da həbs olunacağı ilə bağlı xəbərlər yayılmışdı. O, Areqa yüksəkliklərinin əldən verilməsi ilə bağlı iş çərçivəsində dindirilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs   Polkovnik  





Xəbər lenti