İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona gedəcək

   İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona gedəcək
  28 Mart 2024    Oxunub:578
İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabinet üzvlərinə İsrail nümayəndə heyətinin gələn həftə Vaşinqtona gedəcəyini bildirib.
Bu barədə “Yedioth Ahronoth” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, nümayəndə heyətinin üzvləri Amerika nümayəndələri ilə İsrailin Rəfahda mümkün əməliyyatını müzakirə edəcəklər. İsrail hakimiyyəti hələlik nümayəndə heyətinin göndərilməsi ilə bağlı məlumatı şərh etməyib.

Martın 19-da qəzet Netanyahunun ABŞ prezidenti Co Baydenin tələbi ilə İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbini Qəzzanın cənubunda, Rəfahda gözlənilən hərbi əməliyyatla bağlı məsələləri müzakirə etmək üçün Vaşinqtona göndərəcəyini yazıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə hücum etməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox İsrail vətəndaşının girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir Qılınclar” əməliyyatının başlandığını elan edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti