Belçika kəşfiyyatı ölkədəki 650 ekstremisti izləyir

Belçika kəşfiyyatı ölkədəki 650 ekstremisti izləyir
  27 Mart 2024    Oxunub:655
650-yə yaxın ekstremist və terrorçu Belçika xüsusi xidmət orqanlarının nəzarəti altındadır ki, bu da 2023-cü illə müqayisədə 7% azdır.
Bu barədə Belçika Daxili İşlər Nazirliyi yanında Təhlükələrin Təhlili üzrə Koordinasiya Mərkəzi məlumat yayıb. Belə ki, il ərzində kəşfiyyat xidmətləri tərəfindən prioritet kimi izlənilən tanınmış ekstremistlərin və terrorçuların sayı bir qədər azalaraq 700-dən 650-yə düşüb.

Qeyd olunub ki, göstəricilərin belə azalması təəccüblü deyil, çünki Suriya böhranının nəticələrinin əksəriyyəti artıq arxada qalıb.

“Təhlükə səviyyəsinin özü azalmır, hətta artıb. Cəmiyyətdə, xüsusən də gənclər arasında ekstremist təbliğata qarşı müqavimətin artırılması zəruridir”.

AzVision.az


Teqlər:





Xəbər lenti