"Krokus Siti Holl"da axtarış-xilasetmə işləri başa çatdırılıb

   "Krokus Siti Holl"da axtarış-xilasetmə işləri başa çatdırılıb
  26 Mart 2024    Oxunub:766
Terror aktının törədildiyi "Krokus Siti Holl" mərkəzində aparılan axtarış-xilasetmə işləri tamamlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, binanın 900 kubmetrdən çox dağılmış konstruksiyası sökülərək çıxarılıb.

Növbəti işlərin mühəndis avadanlıqları ilə mexaniki üsulla aparılacağı bildirilib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən "Crocus City Hall" zalına soxularaq ətrafa atəş açıb. Ardınca konsert zalı yandırılıb və binada güclü yanğın meydana gəlib. Terror aktı nəticəsində 139 nəfər həyatını itirib, 200-ə yaxın insan isə xəsarət alıb.

AzVision.az


Teqlər: Rusiya   terror-aktı  





Xəbər lenti