Gürcüstanda hücum təhlükəsinə görə məktəblər boşaldılıb

   Gürcüstanda hücum təhlükəsinə görə məktəblər boşaldılıb
  26 Mart 2024    Oxunub:729
Martın 26-da Gürcüstanın qərbində yerləşən Kobuleti kurort kəndində 5 məktəbdə tədris prosesi dayandırılıb və şagirdlər çıxarılıblar.
AzVision.az xəbər verir ki, bu barədə "Formula" telekanalı məlumat yayıb.

Bildirilir ki, sosial şəbəkədə məktəblərə mümkün hücumla bağlı məlumatlar yayılıb. Məktəblilər həmin məlumatlar barədə direktorlarına məlumat veriblər.

Dərhal 5 məktəbdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər çıxarılıblar.

Bu gün paytaxt həmçinin Tbilisidəki 32 saylı məktəbdə də gözyaşardıcı qazla bağlı təhlükə yaranıb. Şagirdlərdən biri məktəbdə ətrafa gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin halı pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.

AzVision.az


Teqlər: Gürcüstan   məktəb   təxliyə   təhlükə  





Xəbər lenti