Gəncədə gözdən əlil uşaqlar üçün Novruz şənliyi təşkil olunub

   Gəncədə gözdən əlil uşaqlar üçün Novruz şənliyi təşkil olunub
  18 Mart 2024    Oxunub:597
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi və Gözdən Əlillər Cəmiyyətinin təşkilati dəstəyi ilə Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” layihəsi çərçivəsində Gəncə şəhərində Novruz bayramı ilə əlaqədar şənlik təşkil edib.
AzVision.az xəbər verir ki, bayram şənliyində Gəncə şəhərində, Samux, Tovuz, Göygöl, Daşkəsən, Goranboy, Yevlax və Uçar rayonlarında yaşayan görmə məhdudiyyətli uşaq və yeniyetmələrin iştirak etməsi üçün müyəssər şərait qurulub.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, “Qayğıya Ehtiyacı olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin rəhbəri Reyhan Cəfərova və başqaları şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Novruz personajları uşaqlarla əyləncəli vaxt keçirib, onlarla bir yerdə oxuyub-oynayıb və rəqs ediblər.

Gəncədəki “Sərinim” şadlıq sarayında keçirilən bayram şənliyində gözdən əlil uşaqlar üçün müyəssər oyun və şou proqramlarla yanaşı, Novruz bayramına xas şirniyyat və fastfudlardan ibarət bayram süfrəsi açılıb, hədiyyələr təqdim edilib.

Novruz şənliyində 100-dən çox uşaq və onları müşayiət edən şəxslərin iştirakı təmin olunub.

AzVision.az


Teqlər: Gəncə   Novruz   şənlik  





Xəbər lenti