Paşinyan Tavuşa gedib

Paşinyan Tavuşa gedib
  18 Mart 2024    Oxunub:810
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd Tavuş vilayətinə səfər edib.
AzVision.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, Paşinyan hazırda Əskipara, Bağanis və digər yaxın kəndlərin sakinləri ilə görüşlər keçirir.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin Tavuş vilayətindən başlayacağını deyib.

"Vəziyyətdən və imkanlardan çıxış etmək lazımdır. Kommunikasiyaları Ermənistan tərəfi üçün rahat olan yerdə çəkmək, elə qurmaq lazımdır ki, de-yure olaraq Ermənistan ərazisindən keçsin", - o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti