Xocalıda kütləvi məzarlıqdakı 9 nəfərin kimliyi məlum olub

   Xocalıda kütləvi məzarlıqdakı 9 nəfərin kimliyi məlum olub
  18 Mart 2024    Oxunub:936
Xocalıda kütləvi məzarlıqda aşkar edilmiş insan qalıqlarının sayı 19-a çatıb.
AzVision.az xəbər ki, bunu Baş Prokurorluqla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə təşkil etdiyi brifinqdə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini- Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.

O bildirib ki, aşkar edilmiş insan qalıqlarının torpaqda qalma xüsusiyyətlərinə görə onların 25 il bundan əvvəl qətlə yetirildiyi məlum olub. Onun sözlərinə götə, 23 fevraldan 4 marta qədər Xocalıda aşkar edilmiş kütləvi məzarlıqda istintaq işləri aparılıb.

Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 9 nəfərin şəxsiyyəti müəyyən edilib:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il

4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935-ci il

(Xankəndi şəhər sakinləri)

6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il

9. Nəcəfov Şiraslan Məlik oğlu - 1952-ci il

AzVision.az


Teqlər:





Xəbər lenti